ONN İnformasiya Agentliyi

Qaqauziya liderindən Azərbaycana dəstək

Qaqauziya liderindən Azərbaycana dəstək
15 Aprel 2021 - 20:47

Moldovanın Qaqauziya Muxtar Ərazi Qurumunun başqanı İrina Vlah Azərbaycan Ordusunun Vətən müharibəsindəki Zəfərinin rəmzi hesab edilən “Xarıbülbül” döş nişanından istifadə edib.

ONN media  xəbər verir ki, Qaqauziya başqanı bununla Azərbaycanın 44 günlük Vətən müharibəsinə dəstəyini ifadə edib.

Qeyd edək ki, hazırda Azərbaycanla Qaqauziya Muxtar Ərazi Qurumu arasında münasibətlər ikitərəfli əməkdaşlığın bütün səviyyələrində inkişaf etməkdədir.

Xatırladaq ki, Xarı bülbül Azərbaycanın mədəniyyət paytaxı, Qarabağın incisi Şuşanın rəmzi hesab edilir. Eyni zamanda, Azərbaycanın İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzi kimi qəbul olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png