Gizli şəkildə araşdırdım, ordu hazırdır – Zelenski

Ukraynanın şərqindəki vəziyyəti gizli şəkildə araşdırmışam.

ONN media xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa videomüraciətində deyib.

“Sizə təfərrüatı deyə bilmərəm. Donbasdakı vəziyyət indi nəzarət altındadır. Həqiqətən suallar var. Bu sualları cavablandırmağa hazırıq. Ordu hazırdır – bu, ən vacib şeydir. İstərdim ki, Ukrayna vətəndaşları yalnız rəsmi açıqlamalara etibar etsinlər”, – Zelenski qeyd edib.