Eldar Quliyev sabah dəfn olunacaq – SƏBƏB?

Azərbaycanın xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev sabah günün birinci yarısında dəfn olunacaq.

ONN media  xəbər verir ki, bu barədə Report-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O bildirib ki, mərhumun qızlarının xarici ölkələrdən gəlməsi gözlənilir:

“Onlardan biri bu gün gecə, digəri səhər saatlarında çata biləcəklər. Onlar gəldikdən sonra saatı da tam dəqiqləşəcək”.