ABŞ-da barda atışma: 3 nəfər öldürüldü

ABŞ-ın Viskonsin ştatında odlu silahdan açılan atəş nəticəsində azı üç nəfər həlak olub, iki nəfər yaralanıb.

ONN media xəbər verir ki, bu barədə Kenoşa dairəsinin polis departamenti məlumat yayıb.

Bildirilir ki, aprelin 17-dən 18-nə keçən gecə Comers kəndində yerləşən Comers House Tavern barında insanlara atəş açılması barədə polisə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları üç nəfərin öldüyünü görüblər. Ciddi yaralanan iki nəfər xəstəxanaya yerləşdirilib.

Cinayətkarın qaçıb gizləndiyi bildirilir.