Putinlə Baydenin görüşünə hazırlıq: Müzakirə…

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan arasında telefon danışığı baş tutub.

ONN media  xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasından məlumat verilib.

“Nikolay Patruşev və Ceyk Sallivan prezidentlərin görüşünə hazırlıq, eləcə də Rusiya-ABŞ əməkdaşlığının inkişafının mümkün istiqamətlərini müzakirə ediblər”, – məlumatda qeyd olunub.