Prezident öldürüldü, yerinə oğlu keçdi – SON DƏQİQƏ

Üsyançılarla toqquşmada ağır yaralanan Çad respublikasının prezidenti İdris Debi ölüb.

ONN media  xəbər verir ki, bu barədə Çad Silahlı Qüvvələri məlumat yayıb.

Öldürülən prezidentin yerinə oğlu Mahamat Debi gəlib.

İ.Debi prezident seçkilərində altıncı dəfə namizəd olmuş və səslərin 79,32 faizini toplamışdı. Onun seçkidə qalib gəldiyi dünən rəsmən elan edilmişdi.