“İnter” və “Atletiko” da Super Liqadan ayrıldı – RƏSMİ

İtaliyanın “İnter” və İspaniyanın “Atletiko” (Madrid) klubları Avropa Super Liqasından ayrıldıqlarını açıqlayıb.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl İngiltərənin “Liverpul”, “Arsenal”, “Mançester Yunayted”, “Tottenhem” və “Çelsi” futbol klubları Avropa Super Liqasının tərkibindən çıxıb.