Tanınmış aparıcı verilişinin bağlanmasını və Hüseynbala Mirələmovu lağa qoydu

Görüntülərdə o, “Zaur, bircə günlük də olsa dincələ bildinmi? Mən tanınmışları xoşlayıram, o, tanınmamışları” deyərək sabiq deputata və verilişinin bağlanmasına rişxənd edib.

Xəbər verdiyimiz kimi, ATV kanalında yayımlanan “Bizimləsən” verilişinin yayımı bir günlük dayandırılmışdı.

ONN media  xəbər verir ki, aparıcı Zaur Baxşəliyev “Instagram” hesabında video paylaşıb. Videoda ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntülərini və verilişinin bağlanmasını məsxərəyə qoyan aparıcı izləyicilərin gülüşünə səbəb olub. Görüntülərdə o, “Zaur, bircə günlük də olsa dincələ bildinmi? Mən tanınmışları xoşlayıram, o, tanınmamışları” deyərək sabiq deputata və verilişinin bağlanmasına rişxənd edib.

Barəsində danışdığımız video izləyicilərin gülüşünə səbəb olub.