Zelenski: Ukrayna sülh istəyir

Ukrayna sərhədində qoşun sayının azaldılması gərginliyi proporsional şəkildə azaldır.

ONN media  xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Tvitter səhifəsində yazıb.

Dövlət başçısı bildirib ki, Kiyev Donbasda situasiyanın deeskalasiyası ilə bağlı istənilən addımı alqışlayır:

“Ukrayna sülh istəyir. Dəstəyə görə beynəlxalq partnyorlara təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, Rusiya Ukrayna təlim başa çatdığını bəyan edərək Ukrayna sərhədindən qoşunları geri çəkib.