Zelenski ilə görüşə hazıram – Putin

Əgər Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə əlaqələri bərpa etmək istəyirsə, Moskva bunu yalnız alqışlayacaq.

ONN media  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə güşü zamanı deyib.

“Sual yaranır: bu görüşdə nəyi müzakirə edəcəyik? Əgər Donbas probleminin həllindən sğhbət gedirsə, onda Ukrayna rəhbərliyi ilk növbədə LXR və DXR liderləri ilə görüşməlidir. Əgər ikitərəfli əlaqələrin inkifafından söhbət gedirsə, o zaman Ukrayna prezidentini Moskvada hər zaman qəbul etməyə hazırıq”, – Putin bildirib.