Doğuş 5 qəpik təzminat tələb edir

Müğənni Doğuş həmkarı Bilal Sonsesi məhkəməyə verib.

ONN media xəbər verir ki, ifaçı Bilalın “Elin olamam” adlı mahnısının əvvəl və axır hissəsinin “Bunun adına yürek derler” bəstəsindən oğurladığını iddia edib.

Bundan sonra o, Sonsesi məhkəməyə verərək, ondan 5 qəpik təzminat tələb edib. Doğuşun vəkili, məhkəmənin qərarı ilə təzminat ödənildiyi təqdirdə, bu xəbərin Türkiyənin ən məşhur qəzetlərində yayımlanması tələbini də irəli sürüb.(axşam.az)