Ermənilər türklərin evinə hücum etdi – Fransada QARŞIDURMA

Fransada 40 nəfərlik radikal erməni qrupu türk ailəsinə hücum etməsi nəticəsində 4 nəfər yaralanıb.

ONN media  xəbər verir ki, radikal ermənilər Saint-Die-Des Vosges qəsəbəsində türk ailənin evinə daxil olaraq ailə üzvlərinə hücum edib.

Ailənin adını açıqlanmayan üzvü türk mediasına deyib ki, aprelin 24-də bir erməni oğlunun üzərinə avtomobil sürüb və bu zaman mübahisə yaranıb.

Bu hadisədən sonra ermənilər dünən 40 nəfərlik qrupla ailəyə hücum ediblər. Beyzbol dəyənəyi, bıçaq və dəmir alətlərlə türk ailəsinə xəsarət yetiriblər.

Ailənin 4 üzvü yaralanıb. 3 nəfər xəstəxanaya aparılıb. Bir nəfər əməliyyat edilib. Erməni qrupun içərisində son müharibədən sonra Qarabağdan gələn bir nəfər də olub.