“Hercai” bitən kimi bir-birini sildilər

“Hercai” serialı final bölümü ilə tamaşaçılarıyla vidalaşıb.

Diqqət çəkən məqam ekran işi bitən kimi baş rol ifaçıları Ebru Şahin və Akın Akınözün atdığı addım olub.

Ebru ötən həftə həmkarını İnstaqramda izləyiciləri sırasından çıxarıb. Final bölüm efirə getdikdən sonra isə Akınöz Ebrunu sosial şəbəkədən silib.