Rusiya silah zavodlarında 4 partlayış törədib

Bolqarıstan Prokurorluğu 6 rusiyalını 2011-2020-ci illər ərzində ölkənin silah zavodlarında 4 partlayışda şübhəli bilib.

ONN media  xəbər verir ki, bu məlumatı Bolqarıstan Baş Prokurorluğunun rəsmi nümayəndəsi Siyka Mileva yayıb. Onun sözlərinə görə, partlayışlar bolqar silah taciri Emiliyan Qebrevə məxsus zavodlarda baş verib.

O, bu zavodlardakı məhsulların Gürcüstan və Ukraynaya daşınılmasının planlaşdırıldığını bildirib.

Qeyd edək ki, bundan öncə “Bellingcat” Rusiyanın Qebrevə sui-qəsd təşkil etdiyi və onu zəhərləməyə çalışdığı haqda məlumat yaymışdı.