Sarkisyan qərargah rəisinin müavini İŞDƏN ÇIXARDI

Prezident Armen Sarkisyan Karen Abramyanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini vəzifəsindən azad edib.

ONN media  xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

General-leytenant Abramyan 2020-ci ilin fevralına qədər Dağlıq Qarabağda mövcud olmuş separatçı rejimin “müdafiə naziri” postunu tutub. Həmin ilin iyun ayında Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini təyin edilmişdi.