Bakıda 21 yaşlı gəncə küt alətlə xəsarət yetirildi

Bakıda gəncə xəsarət yetirilib.

ONN media  xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Quliyev Tural Sahib oğlu naməlum şəxs tərəfindən küt alətlə vurulub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.