Koçaryan Paşinyana qarşı ilk mitinqini təyin etdi

Ermənistanın sabiq prezidenti Robert Koçaryan erkən seçkilərdə birgə iştirak edəcəyi “Daşnaksutyun” və “Dirçələn Ermənistan” partiyaları ilə ilk mitinq təyin edib.

ONN media xəbər verir ki, mitinq 9 may tarixinə İrəvanın Azadlıq meydanında keçiriləcək.

Bildirək ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də olacaq.