Azərbaycanda tanınmış jurnalist vəfat etdi 

Tanınmış jurnalist və tərcüməçi Fərhad Abdullayev vəfat edib.

ONN media  xəbər verir ki, 63 yaşlı F.Abdullayev ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Fərhad Abdullayev “İdman” – “Sport”, “Şahmat” qəzetlərində işləyib, AzTV-də şöbə müdiri vəzifəsində çalışıb.

Y.Dolqopolskinin “Mən şahmat oynayıram”, M.Gerşensonun “Robin Hud”, N.Xomiçin “Sərdabənin sirri”, Ş.Aleyxemin “Seçilmiş əsərləri”, M.Çexovun “Peşəkar aktyorluq dərsləri” və s. kitabları dilimizə çevirib. 2014-cü ildən etibarən Azərbaycan Tərcümə Mərkəzində işləyib.