Qalın qaşlar və sıx kirpiklər üçün təbii üsul

Ev şəraitində hazırlanan məhlullar ilə qalın qaşlara və sıx kirpiklərə sahib olmaq mümkündür.

ONN media badam və hind yağından hazırlanan məhlulu təqdim edir:

İki çay qaşığı badam yağı ilə 2 çay qaşığı hind yağını qarışdırın. Təmiz fırça ilə alınan yağı qaşlarınıza və kirpiklərinizə vurun. Bir gecə gözlədikdən sonra ilıq su ilə üzünüzü yuya bilərsiniz.

Qeyd edək ki, həftədə 2-3 dəfə yağdan istifadə edə bilərsiniz.