Netanyahu Baydenlə danışıqlar apardı

İsrailin Baş naziri Binyamin Netanyahu Birləşmiş Ştatların Prezidenti Co Bayden ilə danışıqlar aparıb.

ONN media  xəbər verir ki, bu barədə Netanyahunun dəftərxanasına istinadla TASS məlumat yayıb.

Bildirilib ki, liderlər Qəzza sektoru ilə münaqişənin həllində İsrailin bundan sonra atacağı addımlardan danışıblar.

“İsrail münaqişəyə aidiyyəti olmayan şəxslərə zərər verməmək üçün əlindən gələni edir”, – Netanyahu bildirib.