Millimiz Ukrayna yığmasını məğlub etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ukraynanın paytaxtı Kiyevdə Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş turnirdə ilk oyununu keçirib.

ONN media  xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv yerli komanda ilə qarşılaşıb. Görüş Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 17-ci dəqiqədə Musa Qurbanlı vurub.

Turnirdə növbəti oyun mayın 27-də Özbəkistana qarşı olacaq.