Azərbaycanda məşhur aşığın oğlu vəfat etdi

Şirvan aşıq məktəbinin ən parlaq nümayəndələrindən biri, ustad aşıq Aşıq Şakirin oğlu vəfat edib.

ONN media xəbər verir ki, 1978-ci ildə dünyasını dəyişmiş ustad aşığın Kürdəmir şəhərində yaşayan oğlu Ağaməhəmməd Hacıyev dünyasını dəyişib.

Qeyd edək ki, A.Hacıyev də uzun illər incəsənət sahəsində çalışıb.

Allah rəhmət eləsin!