Amerika Kuboku bu ölkədə keçiriləcək

Bu il keçirilməli olan Amerika Kubokunun hansı ölkədə təşkil olunacağı müəyyənləşib.

Turnir Braziliyada baş tutacaq.

Bu barədə Cənubi Amerikanın Futbol Konfederasiyası (CONMEBOL) məlumat yayıb.

Qurum Argentina və Kolumbiyadan aldığı yarışın məhz Braziliyada təşkil olunmasına qərar verib.

Qeyd edək ki, Amerika Kubokunun 13 iyun – 10 iyulda təşkili nəzərdə tutulub.