ONN İnformasiya Agentliyi

Qarabağda smart və rəqəmsal universitetlər?

Qarabağda smart və rəqəmsal universitetlər?
01 İyun 2021 - 14:34

Qarabağda smart və rəqəmsal tipli universitetlər qurulmalıdır.

ONN media bildirir ki, bu barədə Axar.az-a təhsil eksperti Kamran Əsədov Qarabağda yaradılacaq universitetlərlə bağlı danışarkən deyib.

“Qarabağda yaradılacaq universitetlər Azərbaycanın ali təhsil sisteminə yenilik gətirməlidir. Pandemiya dövründə şahidi olduq ki, universitetlərimizin elektronlaşması zəifdir. Əsas gözləntim Qarabağda smart və rəqəmsal tipli azxərcli universitetlərin qurulmasıdır. Ölkəmizə xaricdən gələn tələbələrin sayı çox azdır. Hazırda Azərbaycanda 5600 əcnəbi tələbə təhsil alır. Bu göstəricinin aşağı olmasına səbəb universitet yataqxanalarının yararsız olması və kampusların olmamasıdır. Qarabağda yaradılacaq universitetlərdə xarici tələbə qəbuluna xüsusi diqqət ayrılmalıdır. Həmin ərazilərdə kampus sistemi mütləq qurulmalıdır. Əvvəllər yalnız Xankəndidə universitet var idi. Qarabağ ərazisinə insan köçünün təmin edilməsi və yerli kadr ehtiyacını aradan qaldırmaq üçün əmək bazarına yararlı bir neçə universitet yaradılmalıdır”, – ekspert qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png