İşğaldan azad edilmiş kənddə 1500 çətənə kolu aşkarlandı

Ağdam RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində xeyli miqdarda narkotik tərkibli bitki aşkarlanıb.

ONN media xəbər verir ki, rayonun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində yabanı halda bitmiş 1,2 ton çəkidə 1500 ədəd çətənə kolu aşkar edilib.

Çətənə kolları məhv edilib.