ONN İnformasiya Agentliyi

Azərbaycanda 2 yaşlı qız əməliyyat vaxtı öldü – CİNAYƏT İŞİ AÇILDI

Azərbaycanda 2 yaşlı qız əməliyyat vaxtı öldü – CİNAYƏT İŞİ AÇILDI
03 İyun 2021 - 17:25

İyunun 1-də saat 13 radələrində 2019-cu il təvəllüdlü Fatimə Abbasovanın Qazax Müalicə Diaqnostika Mərkəzində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qazax rayon Prokurorluğundan bildirilib ki, daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə tibbi ekspertin iştirakı ilə baxış keçirilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, azyaşlı Fatimə Abbasova qeyd edilən Mərkəzdə cərrahiyə əməliyyatı olunması üçün anesteziya ilə bağlı intubasiya tədbirləri görülən zaman ölüb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png