Qarabağda daha bir erməni hərbçisinin meyiti tapıldı

İkinci Qarabağ müharibəsində məhv edilmiş daha bir hərbçisinin meyiti aşkarlanıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, cəsədi Cəbrayıl rayonunda aparılan axtarışlar zamanı tapmaq mümkün olub.

Qeyd edilir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunacaq. Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 558 nəfərə çatıb.