ONN İnformasiya Agentliyi

Rusiyada öldürülən azərbaycanlının dostları da TUTULDU

Rusiyada öldürülən azərbaycanlının dostları da TUTULDU
06 İyun 2021 - 10:21

Rusiyanın Novosibirsk Mərkəzi Rayon Məhkəməsi polisin açdığı atəş nəticəsində ölən 19 yaşlı Vəkil Abdullayevin dostları İlkin İsmayılov və Ruslan Qurbanov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bu barədə Sib.fm məhkəmənin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Bildirilir ki, İlkin İsmayılov hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməkdə günahlandırılır.

Qeyd edək ki, Vəkil Abdullayevi qətlə yetirən polis avtoinspektoru Aleksandr Qusev azadlığa çıxıb.

R.Qurbanov hadisə zamanı avtomobili idarə edən şəxsdir. İ.İsmayılov isə V.Abdullayevin qətlə yetirildiyi anının əks olunduğu görnütülərin müəllifidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png