DİQQƏT: Bakının bu ərazisində qaz olmayacaq

Bakının Sabunçu rayonunda əhaliyə təbii qazın verilişində fasilələr yaranacaq.

ONN media  xəbər verir ki, Bakıxanov qəsəbəsi, İnşaatçılar, N.İsmayılov, Qara Qarayev, U.Hacıbəyov, M.Maqomayev, Aşıq Pəri küçələrində və Kənd Ramanada sayğaclara texniki qulluq olunması və siyirtmələrin əvəz olunması məqsədilə qaz təchizatı dayandırıldı.

Müvəqqəti narahatlığa görə qurum vətəndaşlardan üzr istəyib.