ONN İnformasiya Agentliyi

Xızı polisindən ƏMƏLİYYAT: saxlanılan var

Xızı polisindən ƏMƏLİYYAT: saxlanılan var
14 İyun 2021 - 10:46

Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən Xaşxaş-2021 şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Sitalçay qəsəbə sakini Mansur Muqbilov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, onun qəsəbə ərazisində yerləşən evinə keçirilən baxış zamanı oradan 3 kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 11 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, araşdırmalar aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png