ONN İnformasiya Agentliyi

Bakıda 81 yaşlı qadının evindən oğurluq edən şəxs HƏBS EDİLDİ

Bakıda 81 yaşlı qadının evindən oğurluq edən şəxs HƏBS EDİLDİ
17 İyun 2021 - 22:46

Bakının Nəsimi rayonunda tənha yaşayan 1940-cı il təvəllüdlü Elmira Əzimovanın evindən oğurluq edən şəxs müəyyən olunub.

Bu barədə ONN media -ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

E.Əzimovanın çatasından pul oğurlamaqda şübhəli bilinən, 1996-cı il təvəllüdlü Seyran Kazımov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.

Onun barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir, onun digər oğurluq əməllərində iştirakının olub-olmaması yoxlanılır. Onun əməllərindən zərərçəkmiş vətəndaşlar varsa, polisə müraciət edə bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png