ONN İnformasiya Agentliyi

Polis əməliyyat keçirdi – Silahlı şəxslər tutuldu

Polis əməliyyat keçirdi – Silahlı şəxslər tutuldu
18 İyun 2021 - 15:20

Bakıda silahlı şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əhmədzadə Suraxanı rayonu ərazisində saxlanılıb.

Ondan “Beretta” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Ağcabədi rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Avşar kəndində yaşayan, əvvəllər məhkum olunmuş İ.Şirinovun evinə baxış zamanı oradan “AK-74” markalı silah, 1 ədəd patron darağı, 30 ədəd patron, 1 ədəd qumbara və içərisində barıt olan torba aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png