Qarabağda daha bir erməni hərbçinin meyiti aşkarlandı

Füzulidə aparılan axtarış işləri zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edilən, lakin bu günə qədər itkin düşmüş sayılan daha 1 hərbçisinin meyitinin qalıqları tapılıb.

ONN media  xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası aparılacaq. Bununla da Ermənistanın ikinci Qarabağ müharibəsində məhv edilmiş, lakin bu günə qədər itkin düşmüş sayılan hərbçilərinin sayı 1 580nəfərə çatıb.

Xatırladaq ki, Ermənistan hakimiyyəti döyüşlərdə məhv edilmiş hərbçilərinin sayını hələ də gizlədir.