ONN İnformasiya Agentliyi

2 fərqli peyvəndin istifadəsi effekt verir?

2 fərqli peyvəndin istifadəsi effekt verir?
01 İyul 2021 - 10:59

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus əleyhinə bir vaksinin iki dozasının vurulmasını tövsiyə edir.

ONN media xəbər verir ki, ÜST-nin İmmunitetləşdirmə Departamentinin rəhbəri Keyt O’Brayenin sözlərinə görə, bunun səbəbi 2 fərqli peyvəndin istifadəsinin nəticələrinin hələ araşdırılmamasıdır.

Mütəxəssis son günlərdə Almaniya istehsalı “Pfizer/BioNTech” və ABŞ istehsalı olan “AstraZeneca” vaksinlərinin birləşdirilməsinin faydalı olması barəsində yayılan söz-söhbətlərə aydınlıq gətirib. O qeyd edib ki, sözügedən peyvəndlərin qarışdırılmasının təhlükəsizliyi sübuta yetirilməyib:

“Peyvəndlərin qarışdırılması nəticəsində qazanılan immunitetin bu vəziyyətdə davam edib-etməyəcəyi və istifadəsinin təhlükəsiz olub-olmaması barədə məlumatımız yoxdur”.

Keyt O’Brayen araşdırmaların davam etdiyini və yaxın aylarda yeni məlumatların ortaya çıxacağını vurğulayıb.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png