ONN İnformasiya Agentliyi

Ən çox bu şəxslər günvurmaya məruz qalır – RƏSMİ

Ən çox bu şəxslər günvurmaya məruz qalır – RƏSMİ
01 İyul 2021 - 15:41

“Günvurmaya ən çox uşaqlar, yaşlılar, xəstə insanlar və çəkisi normadan artıq olanlar məruz qalır”.

ONN media xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTS) əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib. O bildirib ki, bu şəxslər isti günlərdə gün altına çıxarkən ilk növbədə geyimlərinə fikir verməli, baş örtüklərindən istifadə etməli və bol maye qəbul etməlidirlər.

Qurum rəsmisi bu mövsüm günvurmaya məruz qalanlardan 7-sinin uşaq olduğunu və onlardan 2-nin xəstəxanaya yerləşdirildiyini deyib. O həmçinin qeyd edib ki, günvurma nəticəsində böyüklərdən 5 nəfər stasionara yerləşdirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png