Bu gün neçə nəfər virusa yoluxub?

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

ONN media -ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19-dan ölən olmayıb.