Rusiyadan ŞOK AÇIQLAMA: Peyvənddən dərhal sonra cinsi münasibətə…

Ölkələr koronavirus pandemiyasını nəzarət altına almağa səy göstərdikləri bir vaxtda Rusiyanın Saratov vilayətinin Səhiyyə Nazirliyi tərəfindən ilginc xəbərdarlıq edilib.

ONN media  xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Saratov Səhiyyə nazirinin müavini Denis Grayfer peyvənd olunan şəxlərə dərhal cinsi münasibətdə olmamaqla bağlı çağırış edib. O bildirib ki, cinsi münasibət həmin şəxsləri yoracaq.

“Seksə çox enerji sərf edilir. Buna görə də peyvənd olunandan sonra artan stress riskini düzgün dəyərləndirmək lazımdır”, – Grayfer bildirib.

Nazir müavini bu “qadağa”nın hansı müddətə qədər davam edəcəyini açıqlamayıb.(publika.az)