Tokio-2020: Azərbaycanın qadın bayraqdarı bəlli oldu

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində üçrəngli bayrağımızı cüdoçu Rüstəm Orucovla birlikdə daha bir idmançımız daşıyacaq.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsi məlumat verib.

Komitədən qeyd olunub ki, Olimpiya yığmamızın digər bayraqdarı taekvandoçu Fəridə Əzizova olacaq.