Bu hərbçilərin övladlarına MÜAVİNƏT ÖDƏNİLƏCƏK

Azərbaycanda müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına aylıq müavinət ödəniləcək.

ONN media xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyulun 13-də imzaladığı “Hərbi qulluqçuların statusu haqqında” qanununa dəyişiklik edilməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu zaman hər övladına aylıq 100 manat sosial müavinət ödəniləcək.