Bu gün neçə nəfər virusa yoluxub?

Azərbaycanda koronavirus infeksiyasına daha 225 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, son sutkada 4 nəfər koronavirusdan vəfat edib.