Azərbaycan millisinin oyunlarında VAR OLACAQ

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələ oyunlarında bu ilin sentyabrından VAR (video-köməkçi hakim) sistemi tətbiq olunacaq.

ONN media  xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə sentyabrın 7-də Bakıda Portuqaliya ilə qarşılaşacaq.