Qarabağda daha 3 erməninin meyiti tapıldı

Qarabağdakı döyüşlər zamanı ölən daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

ONN media xəbər verir ki, cəsədin qalıqları Hadrutda həyata keçirilən axtarış zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1634-ə çatıb.