İnvestorlarımız Tiflisdə otel kompleksi inşa edəcək

Azərbaycanlı investorlar Gürcüstanın paytaxtı Tiflisin tarixi rayonu Mtatsmindada “Hilton” mehmanxana kompleksini inşa edəcək.

ONN media  xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

Qeyd olunur ki, 6 min kvadratmetr ərazidə hotel və ofis blokunun tikilməsi nəzərdə tutulur.

İrimiqyaslı tikinti layihəsini “Siti Plaza” MMC həyata keçirir. Hazırda şirkət şəhər rəhbərliyi danışıqlar aparır.

Layihədə iştirak edəcək Azərbaycan investisiya şirkətinin adı açıqlanmayıb.