Şəkidə güclü yanğın başladı – Getdikcə genişlənir

Şəkinin Aşağı Küngüt kəndi ərazisində yanğın başlayıb.

ONN media xəbər verir ki, sakinlər yanğının kol-koslardan başladığını bildiriblər:

“Daha sonra yanğınlar bir neçə istiqamətdə genişlənərək yolun kənarındakı ağaclara, oradan da yaxınlıqdakı fərdi təsərrüfatlara keçib”.

Yanğının söndürülməsi üçün əvvəlcə kənd sakinləri səfərbər olub. Havanın küləkli olması yanğınların bir neçə istiqamətdə genişlənməsinə və daha böyük əraziləri əhatə etməsinə səbəb olub. Hazırda ərazidə yanğın davam edir.

Hadisə yerinə Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.