Oğuzda dağlıq ərazidə yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

ONN media FHN-in saytına istinadən bildirir ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.