Prezident bu şəxslərə general ali rütbəsi verdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

general-leytenant ali hərbi rütbəsi

general-mayor Cavid Mirhəmzə oğlu Abdullayevə

general-mayor Elşən Ələkbər oğlu Verdiyevə

general-mayor ali hərbi rütbəsi

polkovnik Babək Vahid oğlu Qurbanova

polkovnik Faiq Həmzəağa oğlu Məmmədova.