ŞOK OLAY: 60 yaşlı dostunu qadınlarla şantaj etdi

Bakı şəhər sakini dostundan hədə qorxu ilə pul tələb edib.

ONN media xəbər verir ki, bu barədə polisə 1961-ci il təvəllüdlü Bəxtiyar Dadaşov məlumat verib.

O bildirib ki, iyulun 17-dən avqustun 30-dək dostu 1957-ci il təvəllüdlü, Camal Bağırzadə onun məclislərdə qadınlarla çəkdirmiş şəkillərini ailə üzvlərinə göndərəcəyi ilə hədələyərək 60 000 manat pul tələb edib.

Faktla bağlı araşdırma aparılır.