ONN İnformasiya Agentliyi

Japarov Bülbüloğlunu “Dostluq” ordeni ilə TƏLTİF ETDİ

Japarov Bülbüloğlunu “Dostluq” ordeni ilə TƏLTİF ETDİ
01 Sentyabr 2021 - 9:22

Qırğızıstan Prezidenti Sadır Japarov Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏŞ) İdarə heyətinin həmsədri Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri, DHƏŞ-ın sədri Polad Bülbüloğlu və DHƏŞ-in icraçı direktoru Anatoli İksanovla görüşüb.

ONN media  xəbər verir ki, Sadır Japarov fondun Qırğızıstandakı fəaliyyətini yüksək qiymətləndirib, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında mədəni sahədə əlaqələrin möhkəmlənməsində DHƏŞ-in böyük rolu olduğunu bildirib.

Dövlət başçısı deyib ki, fond hər il Qırğızıstanda mədəni sahədə keçirilən 5-6 layihəni maliyyələşdirir. Gələn il keçiriləcək “Karakol – MDB-nin mədəniyyət paytaxtı” layihəsi də fond tərəfindən maliyyələşdiriləcək.

Prezident Sadır Japarov bildirib ki, ölkələr arasında dostluq və əməkdaşlığın genişləndirilməsi sahəsindəki xidmətlərinə görə Mixail Şvıdkoy “Danaker”, Polad Bülbüloğlu “Dostluq” ordenlərinə layiq görülüblər, Anatoli İksanov isə Qırğızıstan Respublikasının Fəxri Fərmanı ilə təltif edilib.

Ordenləri və Fəxri Fərmanı təqdim edən Qırğızıstan Prezidenti, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png