Prezident İlham Əliyev Vəli İsrafilovu təbrik etdi

Prezident İlham Əliyev qızıl medalçımız Vəli İsrafilovu təbrik edib.

Dövlət başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Qızıl medalçımız Vəli İsrafilovu inamlı qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edirəm!”