Teymur Musayev məşhur direktoru işdən çıxardı

Səhiyyə nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədovanı vəzifəsindən azad edib.

ONN media xəbər verir ki, Teymur Musayevin müvafiq əmri ilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsinə Famil Məmmədov təyin olunub.

Qeyd edək ki, Famil Məmmədov bundan əvvəl Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin vərəm üzrə baş inspektoru vəzifəsində çalışıb.(qaynarinfo)